QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqəyə 1 milyon manat ayırıb

img

14-12-2010 [12:38]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ildə QHT-lərin maliyyələşdirilməsi üçün birinci qrant müsabiqəsinə ümumilikdə 1 milyon manat ayırıb. Bu barədə MİA-ya Şuranın katibliyindən məlumat verilib. Şuradan bildirilib ki, dekabrın 6-dan müsabiqədə iştirak etmək istəyən QHT-lərdən sənədlərin qəbulu başlayıb. Budəfəki müsabiqə 8 istiqamət üzrə keçirilir. Ərizələrin qəbulu 30 dekabr 2010-cu il tarixində başa çatacaq. QHT-lərə Dövlət Dəstəyi Şurasının məlumatına görə, müsabiqənin nəticələri 2011-ci ilin martın 1-dən sonra elan olunacaq. Şura ilk növbədə Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasına uyğun olaraq, aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA