Nazirlik yeni il hədiyyələri ilə bağlı monitorinqlər aparacaq

img

13-12-2010 [03:46]


Yeni il bayramı ilə əlaqədar ticarət obyektlərində içərisində müxtəlif ərzaq məhsulları olan bayram hədiyyələrinin satışı artır. Saxlama müddəti ötmüş ərzaq mallarının insan orqanizmi üçün təhlükəli olmasını, kiçik yaşlı uşaqların Yeni il hədiyyələrindən daha çox istifadə etdiklərini nəzərə alaraq, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bayram hədiyyələri ilə bağlı monitorinqlər keçirəcək. Nazirlikdən verilən məlumata görə, monitorinqlər zamanı qanun pozuntusuna yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək. İstehlakçılardan içərisində müxtəlif ərzaq məhsulları olan bayram hədiyyələri alarkən diqqətli olmağı, rast gəldikləri qanun pozuntuları barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur. (Əlaqə telefonu: 498-15-01, 498-15-04).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA