QAT "xalq diplomatiyası?nı yenidən canlandırması cəhdlərini pisləyən bəyanat yayıb

img

13-12-2010 [03:43]


Qarabağ Azadlıq Təşkilatı (QAT) bəzi qeyri-hökumət təşkilatları tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə ?xalq diplomatiyası?nı yenidən canlandırması cəhdlərini pisləyən bəyanat yayıb. QAT mətbuat xidmətindən MİA-ya daxil olan bəyanatda ?xalq diplomatiyası?nın əleyhinə olan bəzi QHT-lərin də bu prosesə qoşulması təəssüf hissi ilə qarşılanıb: ?Görünür ki, onlar da erməni varlılarının pul kisəsi qarşısında duruş gətirə bilmədilər. Bu cür QHT rəhbərlərinin nəzərinə bir daha çatdırırıq ki, əgər Ermənistan rəhbərliyi və cəmiyyəti işğal olunmuş ərazilərin bir qarşını da geri qaytarmayacağını bildirirsə, işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirir və hətta meyitlərlə alver edirsə, ?xalq diplomatiyası?nın, əməkdaşlıq və barış çağırışlarının heç bir mənası yoxdur. Bu yolla erməniləri öz niyyətlərindən daşındırmaq mümkün deyil. QHT rəhbərləri bu hərəkətləri ilə Ermənistanın işğalçı siyasətinə xidmət göstərir, Azərbaycanın milli maraqlarına zərbə vururlar?. Bəyanatda bildirilib ki, QAT öz imkanları hesabına bu QHT-lərin fəaliyyətinin qarşısını ala bilər. Lakin cəmiyyət Azərbaycan cəmiyyətində qarşıdurmanın yaranmasını istəmir. Bəyanatda Azərbaycanın Ədliyyə, Milli Təhlükəsizlik nazirliklərinə və digər hüquq-mühafizə orqanlarına bu cür QHT-lərin fəaliyyətini araşdırması ilə bağlı da müraciət edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA