FHN "Radioqurazdırma" zavodundakı yanğınla bağlı məlumat yayıb

img

13-12-2010 [03:27]


Fövqəladə Hallar Nazirliyi Xətai rayonunda "Radioquraşdırma" zavodunda baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb. Nazirliyin rəsmi saytında yerləşdirilən məlumata görə, ümumi sahəsi 1050 kvadratmetr olan sexdə avadanlıqlar 20 kvadratmetr sahədə yanıb. Sexin qalan hissəsi və avadanlıqlar hadisə yerinə cəlb edilən yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin kəşfiyyatı zamanı sexdə işləyən 52 yaşlı İmarət Qədir qızı Cəfərovanın cəsədi aşkarlanıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Qeyd edək ki, "Radiozavod" 1948-ci ildə y?rli Sən?y? N?zirliyinin t?b?liyində yaradılıb. 1984-cü ildə "Radiozavod" "Robot" zavodu ilə birləşdirilərək ?Radioqurşadırma? Bakı İstehsalat Birliyi adlandırılıb. 2006-cı ildən z?v?d Azərbaycan Respublikası Müd?fiə Sən?y?si N?zirliyinin t?b?liyində fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA