Buxarestdə Heydər Əliyevin vəfatının 7-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib

img

12-12-2010 [04:50]


2010-cu ilin 12 dekabr tarixində ümummilli lider Heydər Əliyevin vəfatının 7-ci ildönümü ilə əlaqədar Buxarest şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Xiyabanında Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi tərəfindən Anma Mərasimi keçirilib. Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyindən MİA-ya verilən məlumata görə, anma mərasimində Heydər Əliyev Fondu Rumıniya nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının İdarə Heyətinin üzvləri, Azərbaycan Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliyinin əməkdaşları, ?Paul Polidor? adına Fondun, türk-tatar icmasının nümayəndələri, Heydər Əliyev adına təqaüdə layiq görülmüş tələbələr və Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar və KİV nümayəndələri dəvət olunmuşlar. Ulu öndərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Buxarest şəhərində ucaldılan büstü önünə əklillər qoyulmuşdur. Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü qarşısında xatirə şəkli çəkdirmişlər. Həmin gün tədbir iştirakçıları Buxarest şəhərində fəaliyyət göstərən Heydər Əliyev Fondu Rumıniya Nümayəndəliyini ziyarət etdilər. Tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, professor Dumitru Balan iki ölkə arasında dostluq və siyasi tərəfdaşlıq əlaqələrinin yaradılmasında Heydər Əliyevin misilsiz rolu barədə danışdı. Heydər Əliyev Fondunun-Rumıniyadakı nümayəndəsi İqbal Hacıyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fondun çoxşahəli humanitar xeyriyyəçilik fəaliyyətindən söhbət açdı. Digər çıxış edənlər görkəmli siyasi xadim Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında misilsiz xidmətlərindən bəhs etdilər. Qonaqlar Heydər Əliyev Fondu Rumıniya nümayəndəliyində təşkil olunan fotosərgi ilə tanış oldular və Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan sənədli filmə baxdılar və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən hazırlanmış audiodiskdə şair Zəlimxan Yaqubun ulu öndər Heydər Əliyevə həsr etdiyi ?Əbədiyyət dastanı? poemasından parçaları dinlədilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA