Prezident ilham Əliyev bazda olmaqla hökumət nümayəndələri və ictimai-siyasi xadimlər Heydər Əliyevin məzarını ziyarət edib

img

12-12-2010 [04:28]


Azərbaycan prezidenti İlham Əliyev Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, müxtəlif ölkələrin təmsilçiləri də Fəxri xiyabana gəliblər. Prezident İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səslənib. Dövlətimizin başçısı görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyub. Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər. Qeyd edək ki, Heydər Əliyevin vəfatından yeddi il ötür. Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevin anım mərasimləri təşkil olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA