Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlazdırılacaq

img

11-12-2010 [03:02]


12 noyabr tarixi mərhum dövlət başçısı Heydər Əliyevin vəfatının 7-ci ildönümü günüdür. Bununla əlaqədar sabah Bakıda izdihamlı anım mərasiminin keçiriləcəyini nəzərə alan Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətini məhdudlaşdıracaq. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də səhər saat 08:00-dan başlayaraq Fəxri Xiyabandan Parlament prospekti istiqamətində bütün nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Ziyarət başa çatanadək M. Müşfiq küçəsi ilə H. Cavid prospektlərinin kəsişməsində, M.Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, M. Hüseyn küçəsi - Teleteatrın binası yanından, eyni zamanda Milli Məclisin arxasından Parlament prospekti istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək. V.Əsədov sürücülərini həmin istiqamətlərdə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA