Həftə sonu havanın dəyizkən buludlu hava gözlənilir

img

10-12-2010 [03:24]


Bakıda və Abşeron yarımadasında həftəsonu dəyişkən buludlu, əsasən yağmursuz hava müşahidə ediləcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 9-11? isti, gündüz 14-17? isti olacaq. Dekabrın 12-də cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 10-12? isti, gündüz 15-19? isti təşkil edəcək. Dekabrın 13-də dəyişkən buludlu hava gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 9-11? isti, gündüz 14-17? isti olacaq. Azərbaycanın rayonlarında dekabrın 11-də gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10? isti, gündüz 14-18? isti, dağlarda gecə 2-6? isti, gündüz 12-17? isti olacaq. Dekabrın 12-13-də səhər bəzi yerlərdə duman gözlənilir. Lakin 13-də gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, 12-də gecə və səhər bəzi yerlərdə arabir güclənəcək, 13-də günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-11? isti, gündüz 15-19? isti, dağlarda gecə 2-6? isti, gündüz 13-18? isti olacaq

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA