Oqtay Şirəliyevdən növbəti dəfə sərt açıqlamalar

img

10-12-2010 [02:56]


Səhiyyə Nazirliyində geniş kollegiya iclası keçirilib. Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, nazir Oqtay Şirəliyevin sədrlik etdiki iclasda ?Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn görülmüş işlər müzakirə olunub. O.Şirəliyev respublikada qan xidmətinin təkmilləşdirilməsi məqsədilə görülmüş tədbirlər nəticəsində tədarük olunan qanın həcminin artmasından, qanın təhlükəsizliyinin təmin edilməsində laborator nəzarətin gücləndirilməsindən danışıb. Lakin bunlarla yanaşı, nazir qan xidməti müəssisələrinin idarə edilməsində pərakəndəlik, qan tədarükü ilə məşğul olan tibb müəssisələrinin işindəki nöqsanlar bu fəaliyyətin səmərəliliyini aşağı saldığını vurğulayıb. Bütün bunları nəzərə alaraq nazir ?Qan xidmətinin müəssisələrinin şəbəkəsinin optimallaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi barədə? əmr imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA