Maliyyə Nazirliyinin keçirdiyi imtahanın qalibləri məlumdur

img

09-12-2010 [10:26]


Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin keçirdiyi test imtahanının nəticələri məlum olub. Qeyd edək ki, ?Sığorta fəaliyyəti haqqında? Qanunun 37.2.7-ci maddəsinə və Maliyyə Nazirliyinin ?Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi? Qaydalarına uyğun olaraq, 3 dekabr 2010-cu il tarixdə sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin rəhbər vəzifələrinə namizədlər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər üçün test imtahanı keçirilib. Test imtahanında iştirak etmiş 13 nəfər rəhbər vəzifəyə namizəd olan şəxslərdən yuxarıda qeyd olunan qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 6 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 20 nəfər fiziki şəxslərdən isə 4 nəfəri imtahandan müvəffəqiyyətlə keçib. Test imtahanlarından müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı: 1. Azər Aydın oğlu Məmmədov ?ATA Sığorta? ASC Daxili Audit Xidmətinin rəhbəri 2. Nərgiz Hikmət qızı Seyidova ?Paşa Sığorta? ASC Daxili Audit Xidmətinin rəhbəri 3. Dilarə Əli qızı Babayevə ?Paşa Sığorta? ASC Baş mühasib 4. Günay Mahir qızı Aslanova ?Standard İnsurance? ASC Aktuari 5. Könül Fəxrəddin qızı Mahmudova ?Paşa Sığorta? ASC Baş mühasib 6. Orxan Oqtay oğlu Əfəndiyev ?A-Qroup Sığorta Şirkəti? ASC Mətbuat xidməti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA