Azay Quliyev BMT nümayəndəsilə görüzüb

img

08-12-2010 [06:54]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevlə BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının Nümayəndəsi Fikrət Akçura ilə görüş olub. Azay Quliyev F.Akçuranı Azərbaycanda yeni işinə başlaması ilə əlaqədar təbrik etdi və ona fəaliyyətində uğurlar arzulayıb. Daha sonra A.Quliyev ölkə QHT-lərinə dövlət dəstəyini həyata keçirən Şuranın yaradılması, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qurumun qarşısında duran vəzifələr və görülən işlər barədə BMT nümayəndəsinə məlumat verib. A.Quliyev ötən il BMT İnkişaf Proqramı ilə Şura arasında əməkdaşlığın uğurla həyata keçirildiyini vurğulayaraq, növbəti ildə də belə əməkdaşlığın davam etdirilməsinin faydalı olacağını qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA