ADU-da ?Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir? adlı tədbir keçirilib

img

08-12-2010 [03:25]


Dekabrın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev adına muzey-lektoriyasında ?Sağlam həyat tərzi-sağlam gələcəyə zəmanətdir? adlı tədbir keçirildi. Tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Mülki müdafiə kafedrasının müdiri Sevda Zamanova, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova, ?Sağlam Ailə? Tibb Mərkəzinin İctimai əlaqələr üzrə meneceri Nigar Rüstəmli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova, Regional Psixologiya Mərkəzi Təlim və Təhsil departamentinin rəhbəri Murad İsayev, Narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Dövlət Komissiyasının İşçi qrupunun rəhbər müavini Təvəkkül Həsənov, eləcə də kafedranın müəllimləri və tələbələr iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Ə.Əliyev bildirdi ki, bu kimi tədbirlər ADU rəhbərliyi tərəfindən dəstəklənir və tələbələrin sağlam həyat anlayışının doğru yöndə formalaşmasına zəmin yaradır. O, iştirakçılara sağlamlığın Tanrı tərəfindən bəxş edilən hədiyyə olduğunu və onun qeydinə qalmağın şüurlu insanın borcu olduğunu söylədi. Dilşad Mahmudova və Gülnarə Məmmədova tüğyan edən müxtəlif mənşəli infeksion xəstəliklər barədə söhbət açdılar. Statistik məlumatlardan misal gətirərək xəstəliklərə yoluxan insanların artmaqda olduğunu, bununsa insan sağlamlığı əleyhinə olan zərərli vərdişlərdən istifadə nəticəsində yarandığını bildirdilər. Öz növbəsində ?Sağlam Ailə? Tibb Mərkəzinin İctimai əlaqələr üzrə meneceri N. Rüstəmli Tibb Mərkəzində nigah öncəsi tibbi müayinənin pulsuz həyata keçirildiyini və bunun bilavasitə əhalinin tibbi yöndə maarifləndirilməsi istiqamətində aparılan təbliğat olduğunu qeyd etdi. Təvəkkül Həsənov və Murad İsayev narkomaniyanın bəşəri bəlaya çevrildiyini və bu bəlanın geniş yayılmasında gənclərin psixoloji vəziyyətinin, həyat şəraitinin, ailə vəziyyətinin, sosial durumunun da əhəmiyyətli aspekt olduğunu vurğuladılar. M.İsayev çıxışında iştirakçılara yalnız maddi cəhətdən deyil, mənəvi cəhətdən də azad olmalarını tövsiyə etdi. Tədbir qarşılıqlı sual-cavablarla sona yetdi. Qeyd edək ki, tədbirinin təşkilatçısı Mülki müdafiə kafedrasının baş müəllimi Sədaqət Musayevadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA