Səbail rayonunda Heydər Əliyevin xatirəsinə həsr olunmuz anım mərasimi keçirilib

img

08-12-2010 [02:19]


Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. İlk əvvəl tədbir iştirakçıları Ulu öndərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmiş, daha sonra dahi insan, əbədiyaşar Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib. Anım mərasimində Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının ümumiili lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə çıxış edib. Natiq qeyd edib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət başçısı, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin adı özünü azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani dəyərliliyi ilə unudulmaz izlər buraxıb. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri ilə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olub. Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateci kurs olaraq daim ölkəmizə və xalqımıza uğur gətirib. Zəngin hadisələrlə dolu olan bir çətin dovr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub. Qurub yaratmaq və yaşatmaq, özü üçün deyil, milləti, dövləti üçün yaşamaq bu dahi insanın taleyinə yazılmışdı. Bütün əziyyətlərə baxmayaraq, o öz taleyinə hakim çıxdı, Azərbaycan adlı müstəqil dövlət qurdu, onun sabitliyini təmin etdi, milli-mənəvi dəyərlərə qayıdışın, milli özünüdərkin əsasını qoydu. Azərbaycanlı adını öz adı ilə birlikdə bəşəriyyətə tanıtdı. Azərbaycan bayrağını dünyada ucaltdı. Bir sözlə, Heydər Əliyev yeni bir Azərbaycan yaratdı. Buna görə də Heydər Əliyev ifadəsi siyasi şüurlarda, gündəlik həyatımızda ?Azərbaycan? sözünün sinoniminə çevrilib. Azərbaycanın və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcək. Mənsub olduğu xalqına xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyada layiqincə tanıtmaq, bu dahi şəxsiyyətin əsas məqsədi idi. O, elə bir rəhbər, elə bir dövlət başçısı idi ki, onun diqqətindən heç bir sahə kənarda qalmırdı. O, sözün həqiqi mənasında Azərbaycanla yaşayırdı, Azərbaycanla nəfəs alırdı. Heydər Əliyev - adı Azərbaycanın simvolu kimi səslənən elə parlaq simadır ki, onun işıqlı ideyaları daima yaşayacaqdır. Bir sözlə Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır. Bu gün bizi sevindirən ən əsas amil odur ki, indi ulu öndərimizin ölməz ideyalarını möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirir, milli maraqlarımızın qorunmasında, əhalinin rifah halının yaxşılaşdırılmasında qəti və prinsipial mövqe nümayiş etdirir. Ötən müddət ərzində dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Doğma Azərbaycanımız bu gün hərtərəfli tərəqqi yolundadır. Dövlət rəhbərimiz İlham Əliyevin uğurlu rəhbərliyi nəticəsində bu inkişaf, tərəqqi günü-gündən hər bir sahədə özünü təsdiqləməkdədir. Bu hələ son deyildir. İrəlidə bizi daha möhtəşəm uğurlar, daha böyük iqtisadi layihələr gözləyir. Belə layihələr isə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, dünyada söz sahibinə çevrilməsi, təhlükəsiz ölkə kimi tanınması deməkdir. Azərbaycanın dünyada müstəqil siyasət yeritməklə öz mövqeyini daha da möhkəmləndirməsi deməkdir. Heydər Əliyev həmişə qürur hissi ilə deyərdi: ?Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam??. Bu gün xalqımız Heydər Əliyev kimi milli liderimizlə, zamanın fövqündə dayanan dahi insanla daim öyünür, fəxr edir, qürur duyur, əməlləri ilə onun ideyalarını həyata keçirməyə çalışır. Bu onu göstərir ki, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və ulu öndərimizin yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır. Mərasimdə Səbail rayonunun orta məktəblərinin şagirdləri ulu öndərə həsr olunmuş şerlər demiş və onun həyatının müxtəlif tarixi anlarını əks etdirən bədii kompozisiya nümayiş etdirmişlər. Xalq artisti Laləzar Mustafayevanın Heydər Əliyevlə bağlı çıxışı, xalq artistləri Ağadadaş Ağayev və Azər Zeynalovun, əməkdar artist İlqar Muradovun ifaları mərasimi daha rəngarəng edib. Tədbirdə Milli Məclisin Komitə sədri Ziyad Səmədzadə, Milli Məclis üzvləri Fəttah Heydərov, Bəxtiyar Əliyev, Qənirə Paşayeva, ?AzərTac?ın baş direktoru Aslan Aslanov, DİN Daxili Qoşunların Komandanı general-leytenant Zakir Həsənov iştirak ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA