Həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi səyyar təkmilləzdirmə kursları keçirilir

img

07-12-2010 [02:18]


Azərbaycanın Səhiyyə Nazirliyi ilə Rusiyanın Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən Rusiyanın 4 nəfərdən ibarət tanınmış professor və dosent heyəti həkimlərin tibbi bilik və bacarıqlarının artırılması məqsədi ilə azərbaycanlı müdavimlərə səyyar təkmilləşdirmə kursları keçirir. Səhiyyə Nazirliyindən MİA-ya verilən məlumata görə, Əziz Əliyev adına Həkimlərin Təkmilləşdirmə İnstitutunun və Rusiya Diplomdan sonrakı Tibb Akademiyasının birgə təşkilatçılığı ilə təşkil edilən və ginekologiyanın aktual məsələlərinə həsr olunmuş kurslara Bakı şəhərindəki tibb müəssisələrində çalışan 20 həkim müdavim cəlb edilib. Qeyd edək ki, 06.12.2010-dən - 25.12.2010-cu il tarixinədək keçirilən kurslar Respublika Perinatal Mərkəzin bazasında həyata keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA