Baytarlıq Xidməti: ?Azərbaycanda quz qripi yoxdur?

img

07-12-2010 [01:50]


Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyir ki, ölkədə quş qripi xəstəliyinin aşkarlanması ilə bağlı yayılan məlumatlar həqiqətləri əks etdirmir. ?Kimlərinsə quş qripinin aşkarlanması ilə bağlı məlumatlarına insanların inanması düzgün deyil. Azərbaycanda quş qripi xəstəliyi aşkarlanmayıb?. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə, Səhiyyə Nazirinin müavini müsahibəsində Dövlət Baytarlıq Xidmətindən Nazirliyə virusun H5 hissəsinin aşkarlandığını və N1 hissəsinin laborator analizinin aparıldığını bildirib. Yolçu Xanvəli deyir ki, Baytarlıq Xidmətindən belə bir məlumat yayılmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA