Bu gün axzam yağız və sulu qar yağacağı gözlənilir

img

07-12-2010 [01:04]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. Verilən məlumata görə, dekabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti buludlu keçəcəyi arabir açılacağı, səhər və axşam yarımadanın bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi, gecə və səhər arabir güclənəcəyi, günün ikinci yarısında mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-12, gündüz 12-14 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarına gəlincə, bu gün axşam və gecə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə yağıntıların sulu qara keçəcəyi ehtimal olunur. Qərb küləyinin əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 6-11, gündüz 13-17, dağlarda gecə 4-9, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA