Zoologiya institutunun direktoru, akademik Musa Musayev 89 yazında vəfat edib

img

04-12-2010 [05:39]


Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli elm xadimi, baytarlıq elmləri doktoru, professor, Zoologiya İnstitutunun direktoru Musa Musayev 89 yaşında vəfat edib. Musa Musayev 1921-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. 1967-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzv seçilib. Mərhumun cənazəsi vidalaşmaq üçün 2010-cu il dekabrın 5-də saat 13.00-dan 15.00-dək Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun binasında (Badamdar şosesi, 40) qoyulacaqdır. Akademik 2-ci Fəxri xiyabanda torpağa tapşırılacaq. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA