?Wikileaks? saytının qurucusu Culian Assanc Şotlandiyada həbs olunub

img

03-12-2010 [02:57]


ABŞ-a aid gizli sənədləri nəşr edən ?Wikileaks? saytının qurucusu Culian Assanc Şotlandiyada həbs olunub. Bu barədə İngiltərə ?Daily Mail? qəzeti yazıb. Interpol tərəfindən axtarılan 39 yaşlı Culian Assanc şotlandiyalı polis tərəfindən saxlanılıb. Qəzetdə Avstraliya doğulan Assancın İngiltərənin cənub-şərq bölgəsində saxlandığı irəli sürülüb. Qəzetin məlumatına görə, Şotlandiya təhlükəsizlik orqanları İnterpol tərəfindən Assanc haqqında çıxarılan qırmızı bülletenlə axtarış elanına görə həbs ediblər. Qəzetin yazdığına görə, Amerika Ədliyyə Nazirliyinin ?Wikileaks? haqqında araşdırma başladaraq sənədlərin əldə edilməsi və ya yayılmasında hər hansı bir qanun pozuntusu olarsa, Assanc haqqında başqa bir iddia açması gözlənilir. Daily Mail?də yazılan məlumatlara görə, şotland polisi tərəfindən həbs olunan Assancın İsveç hüquq mühafizə orqanlarına təslim ediləcək. Haqqında irəli sürülən ittihamlara görə məhkəmə qarşısına çıxacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA