Səməd Seyidov Polzanın Azərbaycandakı səfiri ilə görüzüb

img

03-12-2010 [01:37]


Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov Polşanın Azərbaycana yeni təyin olunmuş səfiri Mikal Labenda ilə görüşüb. ADU-nun mətbuat xidmətindən MİA-ya verilən xəbərə görə, görüşdə regional və beynəlxalq, həmçinin bir sıra maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb. Ölkələr arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirən Mikal Labenda əlaqələrin dərinləşməsi istiqamətində çalışacağını vurğulayıb. Rəhbərlik etdiyi təhsil ocağı haqda məlumat verən Səməd Seyidov bildirib ki, universitetdə bir çox istiqamətlər üzrə müxtəlif ixtisaslar mövcuddur. ADU-da Qafqazşünaslıq ixtisasının açılmasının qonşu ölkələri öyrənmək baxımından böyük əhəmiyyət kəsb etdiyini dedi. Fransa, Almaniya, Koreya, Malayziya mərkəzləri haqqında danışıb. Polşa-Azərbaycan əlaqələrinə toxunan S.Seyidov bu münasibətlərin çox yüksək səviyyədə olduğunu bildirib. Mikal Labenda Polşa universitetlərində Azərbaycan dilinin tədrisinin mümkünlüyündən danışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA