AMEA-nın obyektində qanunsuz ayı saxlanılırmız

img

03-12-2010 [12:59]


Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər Nazirliklərinin əməkdaşları respublika ərazisində vəhşi təbiətdən heyvanların götürülməsi və istirahət kompleksləri, restoran, kafe, eləcə də digər iaşə obyektlərində müvafiq icazə olmadan saxlanılmasının qarşısını almaq məqsədilə 25 noyabr - 2 dekabr 2010-cu il tarixlərində növbəti reyd keçiriblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, reyd zamanı Azərbaycan Milli Elmlər Akademiyasının Mərdəkan Dendrariz parkından 1 ayı müsadirə olunaraq götürülüb. Azərbaycan Respublikasının ?Heyvanlar aləmi haqqında? qanununa müvafiq olaraq faktla bağlı tədbirlər görülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA