Azərbaycanda "quz qripi" təhlükəsi ilə bağlı quz ovu qadağan edildi

img

03-12-2010 [12:24]


Azərbaycanda quş ovuna müvəqqəti qadağa qoyuldu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlik tərəfindən dekabrın 1-dən ölkə ərazisində quş ovuna bir aylıq müvəqqəti qadağa qoyulub, quş ovu üçün Nazirliyin Ərazi Şöbələrinə ayrılmış ov icazələrindən istifadənin hüquqi qüvvəsi dayandırılıb. Məsələ ilə əlaqədar yekun qərar qəbul olunması üçün ?Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası?na müraciət edilib. Qadağa qonşu ölkə vətəndaşlarının quş qripinə yoluxması ilə əlaqədar Azərbaycanda ehtiyat tədbirləri görülməsi çərcivəsində tədbiq edilib. Belə ki, son günlər Türkiyədə 4, Honq-Konq və Gürcüstanda isə 1 nəfərdə ?quş qripi? xəstəliyinin (H1N1 virusu) aşkarlanması barədə yayılan məlumatlardan sonra Azərbaycan ərazisində qabaqlayıcı tədbirlərin görülməsinə zərurət yaranıb. Cənub-Şərqi Asiyadan Azərbaycana vəhşi quşların miqrasiya etməsi, Gürcüstan və Türkiyə Respublikalarının isə ölkəmizlə həmsərhəd olması xəstəliyin hər an ölkəyə də daxil olma ehtimalını artırır. Xatırladaq ki, çoxsaylı ovçuların müraciətləri nəzərə alınaraq 05 noyabr 2010-cu il tarixində ölkə ərazisində su-bataqlıq quşlarının ovu açıq elan edilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA