Prezident ilham Əliyev Azərbaycana qayıtdı

img

02-12-2010 [01:18]


ATƏT-in sammitində iştirak edən prezident İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb. İlham Əliyevi Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar. Qeyd edək ki, artıq ATƏT ölkələri dövlət başçıları Şurasının Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən plenar iclası başa çatıb. Hazırda zirvə toplantısının yekun sənədinin mətni üzərində iş gedir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA