Səbail icra hakimiyyəti beynəlxalq əlillər günü ilə əlaqədar tədbir keçirib

img

02-12-2010 [12:51]


3 Dekabr ? Beynəlxalq əlillər günü ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan, 219 saylı evdə məktəbdə təhsil alan, Saray uşaq evində tərbiyə alan, həmçinin Daun Sindromlu Şəxslərin Assosiasiyasının üzvləri, ümumilikdə 100-dən çox əlil uşaq üçün müsiqili-əyləncəli tədbir keçirilib. İcra Hakimiyyətindən MİA-ya verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov dövlətimizin və şəxsən ölkə başçısı jənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 3550 nəfər müxtəlif əlillik dərəjəsinə malik vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır. A.Əsgərov bildirmişdir ki, əlill vətəndaşla və xüsusilə də əlil uşaqlara diqqət və qayğı jəmiyyətimizin hər üzvünün borjudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda fəaliyyət göstərən 219 saylı Evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəjəli əlilliyi olan 780 nəfər uşaq 11 illik təhsil alır. Onlara 250 nəfər müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir, bir çox əlil uşaqların savadı adi məktəblərdəkilərdən də üstün olur. Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. Vurğulanmışdır ki, əlillər jəmiyyətin bərabərhüquqlu üzvüdürlər və onlar ölkədə gedən bütün posseslərdə fəal iştirakı təmin olunmalıdır. Əlillərə RİH tərəfindən maddi yardım göstərilmiş, hədiyyələr təqdim olunmuş və tədbirdə iştirak edən injəsənət xadimləri öz mahnıları ilə görüşü uşaqların yaddaşında daha yaddaqalan və mənalı etmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA