ilham Əliyev Ermənistanı günahsız insanların, azyazlı uzaqların qətlində ittiham etdi

img

01-12-2010 [06:08]


Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Astanada keçirilən sammitində çıxış edib. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tutan Ermənistanın ünvanına kəskin ifadələr işlədib. İ.Əliyev rəsmi İrəvanın indiki status-kvonu qoruyub saxlamaq və danışıqların mənasız prosesə çevirmək istədiyini, lakin Azərbaycanın buna yol verməyəcəyini bildirib. ?Ermənistan şəhərlərimizi və kəndlərimizi, evlərimizi, müqəddəs yerlərimizi, əcdadlarımızın məzarlarını, məscidləri məhv edib. Onlar Xocalıda hərbi cinayətlər törədib və soyqırımı həyata keçiriblər, erməni silahlıları yüzlərlə mülki şəxsi qətlə yetiriblər. Yalnız ona görə ki, onlar azərbaycanlı idilər. Xocalının günahsız qurbanlarının yüzdən çoxu azyaşlı uşaqdır. Bu gün Ermənistan işğal etdiyi ərazilərə nəzarəti əlində saxlamaq və məcburi köçkünlərin öz evlərinə qayıtmasını əngəlləmək üçün əvvəlki kimi güc tətbiq etməkdədir. Bununla belə Azərbaycan əvvəlki tək sülh danışıqlarına sadiqdir və danışıqların nəticə verəcəyinə ümid edir. Münaqişənin həlli beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, ATƏT-in qərarlarına, Avropa Parlamentinin, Avropa Şurasının və digər təşkilatların qətnamələrinə əsaslanmalıdır. Lakin Ermənistan münaqişənin qısa zamanda həlli məqsədilə danışıqlar aparmaq əvəzinə konfliktin eskalasiyası yolu ilə getməyə üstünlük verir, atəşkəs rejimini pozur, işğal etdiyi ərazilərdə hərbi təlimlər keçirir, bizim şəhər və kəndlərimizin tarixi adlarını dəyişdirir, işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşma siyasəti aparır və sülh prosesini mənasız prosesə çevirməyə cəhd göstərir. Ermənistanın danışıqlar prosesində özünü necə aparması belə düşünməyə əsas verir ki, Ermənistan işğal etdiyi əraziləri azad etməyə can atmır, əksinə status-kvonu uzun müddət qorumaq və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqları mənasız prosesə çevirmək istəyir. Danışıqlar 20 ildir aparılır, amma nəticə yoxdur. Biz danışıqları davam etdirməyə, ən qısa müddətdə başa çatdırmağa, beynəlxalq hüquq norma və prinsiplərinə, Azərbaycanın ərazi bütövlüyünə əsaslanan nəticə əldə etməyə hazırıq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA