Fərəc Quliyev Poliqon informasiya Agentliyini məhkəməyə verəcək

img

01-12-2010 [04:46]


Pia.az saytında yazılmış ?Polad necə bərkimədi: və yaxud dəmir adamın əriməsi? məqaləsi Milli Dirçəliş Hərəkatının lideri, millət vəkili Fərəc Quliyevin narazılığına səbəb olub. Milli Dirçəliş Hərəkatının mətbuat xidmətiindən MİA-ya verilən məlumata görə, məqalə müəllifi yazıda Fərəc Quliyevin həbsxanadan sonarkı siyasi fəaliyyətini subyektiv mülahizələrələ şərh edir, millət vəkilinin barəsində həqiqətə uyğun olmayan, qeyri-etik ifadələrə yol verir. Hesab edirik ki, Fərəc Quliyevin Azərbaycan Xalq Cəbhəsinin parçalanmasında suçlamaq ən azı vicdansızlıqdlır! Çünki Fərəc Quliyev AXCP-də parçalanma prosesi başlananda həbsxanada idi. Məqalədə yer alan ?Şanlı keçmişə sahib olan Fərərc Quliyev gələcəyini hakimiyyətə satmışdı? kimi qeyri-etik ifadələr millət vəkilinə qarşı qara piar elementidir. Millət vəkili barsində qeyri-etik ifadələr yer alan məqaləni yaınlamış Poliqon İnformasiya Agentliyini məhkəməyə verəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA