Rusiya, ABŞ, Fransa Qarabağ münaqizəsinin hərb yoluna "yox" dedilər

img

01-12-2010 [04:13]


ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ? Rusiya prezidenti Dmitri Medvedev, Fransanın baş naziri Fransua Fiyon, ABŞ-ın dövlət katibi Hillari Klinton, həmçinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan təşkilatın Astanada keçirilən sammiti çərçivəsində birgə bəyanatla çıxış ediblər. Bəyanatda bildirilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha həlledci səylər göstərilməlidir. Bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya dövlət başçısı ilə birgə 2008-ci il 2 noyabr tarixində Moskvada və oktyabrın 27-si 2010-cu il tarixində Həştərxanda qəbul etdikləri birgə bəyanata riayət etməyə çağırılır. Həmçinin qeyd olunub ki, sülh yolu ilə nizamlanma bölgəyə stabillik və təhlükəsizlik gətirəcək və region xalqlarının real barışmasını təmin edəcək yeganə üsuldur. "Azərbaycan və Ermənistan prezidentləri bir daha Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, BMT Bəyannaməsi, Helsinki yekun aktı, prezidentlər Medvedev, Sarkozi və Obamanın 2009-cu il iyulun 10-da Akvill bəyananaməsi və 2010-cu il 26 iyun tarixində imzalanan Muskoka bəyannaməsi əsasında birdəfəlik nizamlanmasına nail olmaq barədə öhdəliklərini təsdiqləyiblər", deyə bəyanatda qeyd olunub. Həmçinin ATƏT-ə həmsədrlik edən ölkələr Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin sülh yolu ilə nizamlanmasında dəstək verəcəklərini bəyan ediblər. Onlar Azərbaycan və Ermənistan liderlərini diqqətlərini ikiqat enerji ilə qeyd olunan əsas prinsiplərdə əks olunan məsələlər üzərində cəmləşdirməyə çağırıb, həmsədrlərə isə danışıqlar üçün ən yaxşı atmosfer formalaşdırmağa kömək etmək üçün münaqişə tərəfləri ilə işi davam etdirməyi tapşırıb, tərəfləri atəşkəs rejiminin möhkəmləndirilməsi, bütün sahələrdə etimad mühitinin gücləndirilməsi üçün tədbirlər görməyə çağırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA