?Magistr? xüsusi buraxılızının 1-ci sayı dərc olunub

img

01-12-2010 [12:25]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ?Magistr? xüsusi buraxılışının 1-ci sayı nəşr edilib. TQDK-nın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, jurnalda 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikasinin ali təhsil müəssisələrinin magistraturalarina qəbul qaydaları; Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanilmasi üzrə qəbul imtahani proqrami və izahli test tapşırığı nümunələri; Açıq test tapşırığı nümunələri; Xarici dillər üzrə qəbul imtahanı proqramları; İnformatika üzrə qəbul imtahanı proqramı materiallar əksini tapıb. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmalar qəbul proqramları üzrə qruplaşdırılır. Qəbul imtahanı iki mərhələdə keçirilir. Birinci mərhələdə test üsulu ilə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılır. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar və ikinci mərhələdə onların seçdikləri qəbul proqramı üzrə ixtisas bilikləri test üsulu ilə yoxlanılır. Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verməlidirlər (bu barədə qəbul proqramları dərc olunanda məlumat verilir). Azərbaycan bölməsinin bakalavrlarına xarici dil kimi ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Azərbaycan filologiyası və ya Tarix sahəsi üzrə Azərbaycan bölməsinin ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər. Filologiya, dilşünaslıq və tərcümə sahəsi üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər. Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməlidirlər və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır. Ümumi intellekt səviyyəsinin yoxlanılması üzrə test üç bölmədən ibarətdir: sözlə bağlı (verbal), fiqurla bağlı, məntiqi- riyazi. Bu bölmələrin hər birinə aid test tapşırığı nümunələri jurnalda təqdim olunub. Ümumi intellekt səviyyəsini müəyyən edən bəzi test tapşırıqları cavab variantları olmadan (açıq tipli) təqdim ediləcək. Bu tipli test tapşırıqlarının cavabları cavab kartında müvafiq sualın nömrəsinin qarşısındakı qeyd edilməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA