Mirzə Sakitin qızı, Yeni Müsavat? qəzetinin əməkdazı həbs olundu

img

30-11-2010 [02:47]


Qərb Universitetinin rəhbərliyi ?Yeni Müsavat? qəzetinin əməkdaşı Zülfiyyə Sakitqızını universitetdən reportaj hazırlamamaq üçün ora polis çağıraraq tutdurub. Bu barədə Musavat.com-a Z.Sakitqızı məlumat verib. Onun sözlərinə görə, adıçəkilən universitetdən reportaj hazırlamaq istəyərkən universitet rəhbərliyi ona mane olmaq üçün polis çağırıb: ?Guya mən onlara təzyiq etmişəm. Universitet rəhbərliyi bu bəhanə ilə Daxili İşlər Nazirliyinin ?102? xidmətinə zəng vurdu və 5 polis əməkdaşı gəldi?. Polislərin onun jurnalist vəsiqəsini aldıqlarını deyən Z.Sakitqızı polislərin universitet rəhbərliyi ilə danışdıqdan sonra onu saxladıqlarını bildirdi: ?Polislər məni polis bölməsinə apardılar. Hazırda bölmədəyəm?. Məsələ ilə bağlı ?Yeni Müsavat? qəzetinin təsisçisi Rauf Arifoğlu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlova müraciət edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA