?Borçalı? Cəmiyyəti ?Şida-Kartli bölgəsində yazayan Türklər?i müzakirə edib

img

30-11-2010 [01:23]


?Borçalı? İctimai Cəmiyyətinin Dədə Camal Məclisinin növbəti toplantısı keçirilib. Gürcüstanın ?Şida-Kartli bölgəsində yaşayan Türklər? əsas müzakirə mövzusu olub. Tədqiqatçı alim Şahbaz Şamıoğlu tədbirin mahiyyəti haqda qısa giriş verdikdən sonra sözü cəmiyyətin sədri Zəlimxan Məmmədliyə verib. Zəlimxan bəy məclisin mövzularının Borçalının tədqiqinə yönəldiyinə xüsusi diqqət ayıraraq, tədqiqatçı alimləri bu prosesdə daha fəal olmağa çağırdı. ?Konkret Şida-Kartli quberniyasında tarixən məskunlaşmış Azərbaycan Türklərinin tarixi, etnoqrafiyası, adət ənənələri, dialekti, məişəti, toponimiyası, folkloru ciddi şəkildə araşdırılmamışdır. Bu səbəbdən informasiya məkanında bu bölgədə yaşayan türklər haqqında heç bir tutarlı məlumat yoxdur. Bu təssüf doğuran haldır. Halbuki həmin quberniyanın Kaspi, Kareli, Qori və qonşu Mtsxeta rayonlarında 20-dən çox türk kəndi vardır ki, orada 15-20 min soydaşımız yaşamaqdadır?. Həmin ərazidə bütün məktəblər gürcü dilindədir. Cəmi 1 məktəbdə Çxiciri kənd məktəbində Azərbaycan dili və Ədəbiyyatı kursu vardır ki, onun da himayəyə ciddi ehtiyacı var. O kursu dəyərli eloğlumuz Cambul Məmmədov öz şəxsi fədakarlığı hesabına saxlayır. Ən azı assimilyasiyanın qarşısının alınması üçün bütün məktəblərdə belə kurslar təşkil olunmalıdır. Sonra əsas məruzə üçün söz tədqiqatçı, fililoq-şair İmir Məmmədliyə verildi. O, gürcü və türk mədəniyyətinin özünə məxsusluqlarını və oxşar tərəflərindən söz açaraq həmin bölgəni bu baxımdan unikal bölgə adlandırdı. Bölgədə türklərin məskunlaşmasının mənşəyi haqda müxtəlif versiyalar olduğunu bildirməklə həmin bölgənin ciddi tədqiq olunmasının vacibliyindən danışdı. Həmdə həmin bölgənin iki yad mədəniyyətin birgə yaşayışının mükəmməl bir nümunə olduğunu və bu baxımdan da öyrənilməsinin zəruriliyini bildirdi. Daha sonra Şida-Kartlidən təşrif buyurmuş dəyərli ziyalı Gülmalı Həsənoğlu bölgənin mövcud durumu, problemlər və onların həll yolları haqda ətraflı məruzə etdi. Gülmalı bəy və onun oğluna ?Borçalı? İctimai Cəmiyyətinin üzvlük vəsiqəsi və hədiyyələr təqdim olundu. Mövzu ətrafında AMEA-nın müxbir üzvü Ramiz Məmmədov, professorlar ? Hidayət Nuriyev, Ədilxan Abdullayev, Tapdıq Həsənov, tədqiqatçı alimlər Məmməd Sarvan, Elbəyi Cəlaloğlu, Asif Ozan, Şuşa birlik Cəmiyyətinin üzvü Tariyel bəy, Sənəm Səbayel və digərləri çıxış edərək təkliflərini bildirdilər. Sonda İmir Məmmədli, Şahbaz Şamıoğlu, Elbəyi Cəlaloğlu, Şurəddin Məmmədli, Kərəm Məmmədli və Məmməd Sarvandan ibarət tədqiqat qrupu yaradıldı və onlara Gürcüstanın Şida-Kartlidə yaşayan türklərin müxtəlif sahələr üzrə tədqiqi üçün təkliflər hazırlamaq həvalə olundu.. tədbirin sonunda Kaspi rayonundan gəlmiş aşıq Nargilə Nəbiqızı, və Araz Uzunalovun gözəl ifaları dinlənildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA