ADiP sədri Hacı ilqar ibrahimoğlunu ittiham etdi

img

29-11-2010 [12:46]


?Bu gün Azərbaycanda heç bir şey yerində deyil. Filosoflarımız yalnız qərb fəlsəfəsi ilə maraqlanırlar. Şairlərimizin bəzisi şerin izzətni bir para insanların əhvalatını göstərməklə məhv ediblər. Tarixçilərimiz tarixi istədikləri kimi yazıb yayırlar. Tələbələr yabancı dillərə vurulub, köçürlər. Ziyalılarımız dağınıq və pərişan halda yaşayır?. Bu fikirləri ölkədəki mənəvi durumu dəyərləndirən Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri hacı Tahir Abbaslı söyləyib. Ölkədəki dini durumu qiymətləndirən T.Abbaslı bildirib ki, bu sahədə durum yaxşı deyil: ?Bəzi dindarlar xarici güclərin oyuncağına çevriliblər. Hacı İlqar İbrahimoğlu kimilər şəxsi mənafelərinə görə yalnız özlərini reklam edib başqa dini xadimləri bəyənmirlər. Onlar özlərini Azərbaycanda dinin sahibi sanırlar və digərlərinə meydan vermirlər?. T.Abbaslı deyib ki, məhz bu tipli səbəblərə görə bir neçə il öncə tərəfdarları ilə birgə Azərbaycan İslam Partiyasından ayrılıb Azərbaycan İslam Demokrat Partiyası yaradıblar: ?İmam Hüseyn, Həzrət Əli və ümumiyyətlə din şəxsi əmlak deyil ki yalnız bir nəfər ona sahib çıxsın. Dini qurupların bir parası dini dəyərləri özlərinə aid bilərək başqa din xadimlərinə çıxış meydanı vermirlər. Onlar bu sahədə manapoliya yaradaraq dini və səmimi dindarları, bu sahədə formalaşmış şəxsiyyətləri, ruhaniləri xalqın gözündən salırlar. Bu günki nəsl onlara baxıb dindən ayrılır. Dini ailə icarəsinə çevirirlər. Məncə qrant alan dinçilər Azərbaycanın müstəqilliyinə mane olub yollarını azırlar?. AİDP sədri deyib ki, islamçı demokratların hədəfi Azərbaycanda bir-iki güclü müctəhid meydana çıxmasıdır: ?Hesab edirik ki, bu təqlid problemimizi həll edəcək, dini istiqlalliyyət əldə edəcəyik. Mən zəif nöqtələrə işarə etməklə islahat fikirindəyəm. Biz gərək özünütənqid yolu ilə bu vəziyyətdə bir çıxış yolu axtarmalıyıq?. T.Abbaslı dini öz mənafelərinə yozanlara ciddi xəbərdarlıq etməyi də özünə borc bilir: ?Belə davam edərsə Azərbacan gələcəkdə dəhşətli problemlərlə üzləşəcək və bunda dindarların da özünəməxsus günahları olacaqdır: ?Özlərini ilahiyyatçı kimi təqdim edənlərin bəzilərində riya, təkkəbur və həsəd o dərəcəyə çatıb ki, onların çıxışına qulaq asanda adam istər-istəməz utanır. Belələrinin ucbatından ?mömünlər bir-birinə qardşdılar? anlamı, ?mömünlər bir-birinə düşməndilər? mənasına çevrilib?. T.Abbaslı deyib ki, AİDP hamını qardaşlığa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA