Ölkədə buludlu, dumanlı və çiskinli hava proqnozlazdırılır

img

29-11-2010 [12:15]


Noyabrın son günlərində Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Departamentindən verilən məlumata görə, bu gün havanın arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 13-15? isti, axşam 11-13? isti olacaq. Sabah da yağmursuz hava davam edəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin müşahidə ediləcək. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-12? isti, gündüz 16-19? isti təşkil edəcək. Dekabrın 1-də gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12? isti, gündüz 15-17? isti olacaq. Dekabrın 2-də axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-11? isti, gündüz 12-14? isti olacaq. Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz hava olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin olacağı ehtimal edilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-12? isti, gündüz 19-24? isti, dağlarda gecə 6-10? isti, gündüz 17-22? isti təşkil edəcək. Dekabrın 1-i və 2-də gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin 2-də axşam bəzi şimal və şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10? isti, gündüz 20-24?, 02-də 15-19? isti, dağlarda gecə 5-7? isti, gündüz 15-19?, 02-də 9-14? isti olacaq. Noyabrın 30-da Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı gündə mülayim şimal-qərb küləyinin üstünlüyü, meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA