Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqlədi

img

29-11-2010 [12:04]


Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi 7 noyabr parlament seçkisinin nəticələrini təsdiqləyib. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev elan edib ki, məhkəmə seçkilərin nəticələrini təsdiqləyib. O bildirib ki, yalnız ayrı-ayrı dairələr üzrə 46 məntəqədə səsvermənin nəticələri ləğv olunub ki, bu da dairələr üzrə nəticələrə təsir etmir. Qeyd edək ki, Konstitusiya Məhkəməsi seçkinin nəticələrinə noyabrın 26-da baxmağa başlasa da, iclas bu günədək təxirə salınmışdı. MSK seçkilərlə bağlı yekun protokolu noyabrın 22-də təsdiqləyərək Konstitusiya Məhkəməsinə göndərib. Parlament seçkisində 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb. Seçkidə ölkə üzrə seçicilərin 50,14%-i iştirak edib. Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Seçkidə qələbə qazanmış digər şəxslər bitərəflərdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA