Rusiyada azərbaycanlı qətlə yetirilib

img

27-11-2010 [02:26]


Rusiyanın Moskva şəhərində azərbaycanlı qətlə yetirilib. Onun meyiti ?Oktyabr Dəmir Yolu Xəttləri? küçəsində çadırda aşkar edilib. Bu məlumatı ?Baltİnfo?ya Rusiya Federasiyasının Moskva şəhəri üzrə Təhqiqat Komitəsindən veriblər. Araşdırma nəticəsində müəyyən edilib ki, iki azərbaycanlı satıcıdan biri şəxsi işinə görə on dəqiqəlik yoldaşını tərk edib. Geri dönən zaman isə o, satıcı yoldaşını başından güllə yarası alaraq ölmüş vəziyyətdə tapıb. Hadisə yerində ümumilikdə 10 giliz aşkar edilib. Azərbaycanlıların işlətdikləri mağazadan 30 mobil telefon və bir ədəd noutbukun da itdiyi müəyyənləşdirilib. İlkin versiya kimi qətlin quldur hücumu nəticəsində baş verdiyi ehtimal edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA