Baz Prokurorluğun Ağır cinayətlərə dair izlər üzrə istintaq idarəsinə izçi lazımdır

img

26-11-2010 [05:21]


Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinə mütəxəssis (kriminalist) vəzifəsinə 7 ştat vahidi, mütəxəssis (trasologiya və ballistika üzrə) vəzifəsinə 1 ştat vahidi, mütəxəssis (bioloq kimyaçı) vəzifəsinə 1 ştat vahidi, idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi üzrə mütəxəssis vəzifəsinə 2 ştat vahidi üzrə vakant vəzifələrə işçilərin qəbulunu elan edib. İşə qəbulla əlaqədar namizədlərin kompüter texnologiyaları, foto, videoçəkiliş, trasologiya, ballistika, biologiya, kimya sahələri üzrə təhsilə və iş təcrübəsinə, mütəxəssis (kriminalist) ştatları üzrə namizədlərin sürücülük vəsiqəsinə malik olması tələb olunur. İşə qəbulla əlaqədar namizədlər müsahibədən keçmək üçün 25 dekabr 2010-cu il tarixədək Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə müraciət edə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA