ilham Əliyev Türkmənistanın Baz nazirinin müavinini qəbul edib

img

25-11-2010 [03:44]


Prezident İlham Əliyev noyabrın 25-də Türkmənistanın Baş nazirinin müavini Xıdır Saparlıyevi qəbul edib. Baş nazirin müavini Xıdır Saparlıyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlət başçısına çatdırıb. O, Türkmənistan Prezidentinin ölkələrimiz arasında münasibətlərin inkişafına böyük önəm verdiyini deyib, Hökumətlərarası Birgə Komissiyanın müəyyən edilmiş tapşırıqlar əsasında səmərəli və fəal işlədiyini vurğulayıb. Qonaq Türkmənistan Prezidentinin komissiyanın daha məhsuldar işləməsi üçün əlavə tapşırıqlar verdiyini də bildirib. Dövlət başçısı bu yaxınlarda Türkmənistan Prezidenti ilə Bakıda görüşdüyünü və səmərəli danışıqlar apardıqlarını xatırladıb. Xəzəryanı ölkələrin dövlət başçılarının dənizdə qarşılıqlı fəaliyyət və ikitərəfli münasibətlər çərçivəsində keçirilən sammitini uğurlu tədbir kimi qiymətləndirən Prezident İlham Əliyev zirvə görüşündə yaxşı qərarlar qəbul olunduğunu qeyd edib. Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin inkişafından razı qaldığını deyən dövlət başçısı Türkmənistan Prezidenti ilə əlaqələrimizin inkişafına dair mühüm məsələləri müzakirə etdiklərini də diqqətə çatdırıb. Dövlət başçısı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA