ANS rəhbərliyi vergi yoxlamalarına aydınlıq gətirdi

img

25-11-2010 [12:35]


ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin mətbuat üzrə müşaviri Mais Məmmədov şirkətlər qrupunda aparılan vergi yoxlamaları ilə bağlı ANS-ə açıqlama verib. O, Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fariz Səmədov ANS-də aparılan vergi yoxlamalarının səbəbləri və gedişi barədə müsahibə verib. M. Məmmədov bildirib ki, Fariz Səmədovun müsahibəsində qeyd olunduğu kimi, ANS-in şirkətlərində 2007-ci ildən 2010-cu ilədək olan dövrü əhatə edən yoxlamalar aparılır: ?Əlavə edim ki, yoxlamalar F. Səmədovun qeyd etdiyi şirkətlərdən başqa ?Bakıfilm? və sair şirkətlərimizdə əhatə edir. Qeyd edim ki, bütün bu müddət ərzində ANS Şirkətlər Qrupuna daxil olan qurumlar Azərbaycanda fəaliyyət göstərən bütün şirkətlər kimi Vergilər Nazirliyinə aylıq ətraflı hesabatlar təhvil veriblər. Eləcə də illik balans hesabatları təqdim olunub ki, bunlar əsasında da vergi orqanları və şirkətlərimizin buradaki birbaşa kuratorları vergi auditi aparmaq imkanı əldə edirdilər və bu da onların birbaşa məsuliyyət dairəsidir. Azərbaycan Qanunvericiliyinə görə hər ay vergi bəyannaməsi təqdim edən kompaniyaların vergidən yayınması halı var idisə, bu bəyannamələri təhvil alan vergi müfəttişləri tərəfindən vaxtında aşkar edilərək göstərilməli idi. Vergi yoxlamalarının aparılması Vergilər Nazirliyinin əsas funksiyası sayılır və burada qəbahətli bir şey yoxdur. Biz də bunu deməyi özümüzə borc bilirik ki, vergi müfəttişlərinə ANS-in şirkətlərində işləmək üçün bütün şərait yaradılıb. Qarşılıqlı münasibətlərdə səmimi mühit və işgüzar anlaşma var. Belə olan halda Vergilər Nazirliyinin mətbuat xidmətinin ictimai açıqlamaları yoxlanan şirkətlərin imic və kommersiya fəaliyyətinə maddi və mənəvi ziyan vurulmasına zəmin yarada bilər. ANS aparılan vergi yoxlamaları nəticəsində rəsmiləşdiriləcək yekun vergi aktlarını yerli və beynəlxalq məhkəmələrdə şikayətləndirmək hüququnu özündə saxlayır və yalnız bu qərarlar əsasında rəy formalaşdırıla bilər. Fürsətdən istifadə edərək bildiririk ki, ANS Azərbaycanın Media sahəsində ən iri vergi ödəyicisidir və yarandığı gündən etibarən dövlətdən heç bir dotasiya almır və özünü maliyyələşdirmə yolu ilə işləyir. Azərbaycan Qanunvericiliyinə hörmət və diqqətlə yanaşır və öz taktiki və strateji fəaliyyəti boyu bu prinsipi rəhbər tutur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA