Bakıda 3 bal gücündə zəlzələ baz verib

img

25-11-2010 [12:28]


Bu gün paytaxt Bakıda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar 3 bal gücündə olub. Zəlzələ saat 09:15 radələrində Bakıdan 32 km cənubi-qərbdə, Sanqaçaldan 10 km şimalı-şərqdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb. Dağıntı və tələfat yoxdur. Qeyd edək ki, bu gün 2000-ci il Bakıda baş vermiş zəlzələdən 10 il ötür. Həmin vaxt zəlzələnin episentrdə gücü Rixter cədvəli ilə 6.2 bal olmuşdu. Zəlzələ nəticəsində insan tələfatı olmasa da, yaşayış binalarında və digər tikililərdə dağıntılar, çatlar qeydə alınmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA