Səlim Müslümov beynəlxalq tədbirdə iztirak etmək üçün CAR-a gedir

img

25-11-2010 [11:57]


Cənubi Afrika Respublikasının Keyptaun şəhərində 29 noyabr - 04 dekabr tarixlərində Dünya Sosial Təminat Forumu keçiriləcək. Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) və CAR-ın Sosial İnkişaf Departamentinin birgə təşkilatçılığı ilə baş tutacaq Forumda Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov iştirak edəcək. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan MİA-ya verilən məlumata görə, Dünya Sosial Təminat Forumunda müxtəlif ölkələrin pensiya və sosial sığorta təşkilatlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, siyasətçi və alimlərin iştirakı nəzərdə tutulur. Forumda iqtisadi böhran şəraitində sosial təminat sahəsində inkişaf və tendensiyalar, sosial təminat təşkilatlarının idarə olunmasında yeni yanaşmaların müəyyən olunması, əksər dünya ölkələri üçün ciddi problem olan demoqrafik vəziyyətin və başqa mövzuların müzakirəsi planlaşdırılır. Forum çərçivəsində BSTA-nın 30-cu Baş Assambleyası, Büro və Şurasının iclasları da keçiriləcək. Hər üç ildən bir keçirilən BSTA-nın Baş Assambleyasında təşkilatın prezidenti, baş katibi, xəzinədarı, nəzarət komissiyasının üzvləri və texniki komissiyaların sədrləri kimi yüksək vəzifələrə seçkilər təşkil olunur. Xatırladaq ki, Azərbaycanın sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən yüksək qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə ölkəmiz BSTA-nın büro üzvü, 2007-ci ildə isə inkişaf etmiş Avropa ölkələri ilə bir sırada Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Ölkəmiz Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir. Bütün bunlar nəzərə alınmaqla, Dünya Sosial Təminat Forumunda BSTA-nın İnformasiya texnologiyaları komitəsinun 4 əsas mövzusundan 2-si (?Masştabı genişlənən avtomatlaşdırılmış idarəetmə sistemləri? və ?Sığorta-pensiya sistemlərində aktuar tədqiqatların təşkili və qərar qəbul etmə üsulları?) üzrə əsas məruzələr Azərbaycan nümayəndələrinə həvalə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA