Zəvvarların cənazəsi Azərbaycana gətirildi

img

25-11-2010 [11:24]


Türkiyənin Sivas şəhəri yaxınlığında avtobus qəzasında həlak olan azərbaycanlı zəvvarların meyitləri, o cümlədən 20-dək yaralı ?AzAL? tərəfindən Bakıdan Sivasa göndərilmiş xüsusi təyyarə ilə Azərbaycana gətirilib. Bununla bağlı ?AzAL?-a müraciət olunduqdan sonra qurum rəhbərliyi Sivasa xüsusi təyyarə yola salınması barədə göstəriş verib. Noyabrın 23-də azərbaycanlı zəvvarları Azərbaycana gətirən avtobus Türkiyənin Sivas bölgəsində qəzaya uğrayıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 29 nəfər yaralanıb. Vəziyyəti nisbətən ağır olan yaralıların isə Sivas və Kayseridəki xəstəxanalarda müalicələri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA