ADU-da TEMPUS proqramı çərçivəsində ?ilkin məlumatlandırma konfransı? keçirilib

img

24-11-2010 [01:46]


Azərbaycan Dillər Universitetində (ADU) TEMPUS proqramı çərçivəsində ?Azərbaycanda Şifahi və Yazılı Tərcümənin Tədrisi Sahəsində İslahatlar? layihəsi ilə əlaqədar ?İlkin məlumatlandırma konfransı? keçirilib. Universitetin mətbuat xidmətindən MİA-ya verilən xəbərə görə, konfransa ADU-nun rektoru Səməd Seyidov, Azərbaycanda milli TEMPUS ofisinin rəhbəri Pərviz Bağırov, Təhsil Nazirliyinin nümayəndəsi Zinyət Abdullayeva, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin nümayəndələri və universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. S. Seyidov TEMPUS proqramının təhsil sahəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib və Dillər Universitetinin Avropa ölkələrinin qabaqcıl universitetləri ilə yalnız TEMPUS proqramı çərçivəsində deyil, uzun illərdir səmərəli əməkdaşlığa malik olduğunu qeyd edib. O, universitetdə fəaliyyət göstərən Tərcümə fakültəsinin səmərəli fəaliyyəti üçün universitetdə tərcümə avadanlıqları ilə təchiz olunan xüsusi zalların yaradılacağını və bunun bilavasitə fakültənin labüd inkişafına təkan verəcəyini deyib. Təhsil Nazirliyinin nümayəndəsi Zinyət Abdullayeva və Azərbaycanda milli TEMPUS ofisinin rəhbəri Pərviz Bağırov layihənin əhəmiyyəti barədə söz açıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA