Qeyri-sabit hava zəraiti həftənin sonunadək davam edəcək

img

24-11-2010 [11:11]


Bakıda və Abşeron yarımadasında həftəsonuna kimi dəyişkən buludu hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün dəyişkən buludlu hava olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi gecəyə doğru yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gündüz 13-15? isti, axşam 11-13? isti təşkil edəcək. Noyabrın 25-də səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, gecə və səhər yarımadanın bəzi yerlərində güclənəcək. Havanın temperaturu gecə 9-12? isti, gündüz 15-17? isti olacaq. Noyabrın 26-da hava əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimal edilir. Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-12? isti, gündüz 17-19? isti olacaq. Noyabrın 27-də gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12? isti, gündüz 14-16? isti təşkil edəcək. Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz olacağı ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 6-10? isti, gündüz 14-18? isti, dağlarda gecə 2-5? isti, gündüz 11-16? təşkil edəcək. Noyabrın 26-27-də gecə və səhər bəzi yerlərdə duman, 27-də çiskinli olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 5-9? isti, gündüz 18-20?, 27-də 14-17? isti, dağlarda gecə 4-8? isti, gündüz 14-18?, 27-də 10-13? isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA