Fərəc Quliyevə məhbus dostlarından dəstək gəldi

img

24-11-2010 [10:55]


Məhbus Hüquqlarının Müdafiə Komitəsi və siyasi məhbus-dissidentləri birgə bəyanat veriblər. MİA-ya daxil olan bəyənatda bildirilib ki, Suraxanı rayonu 31-ci seçki dairəsindən namizədliyini irəli sürmüş Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyev səs çoxluğu ilə tam qələbə qazanıb. Fərəc Quliyevə rəqib olan namizədlər qalibin əllərini sıxaraq təbrik etmək əvəzinə, Fərəc bəyi və onun rəhbərlik etdiyi təşkilatı hədəf alaraq nəzarətlərində olan mətbuat vasitələrində özlərinə məxsus tərzdə qara piar təbliğatına əl ataraq ona qarşı xaincəsinə təxribatcı çıxışlar təşkil etməkdədirlər. Bəyənatda qeyd edilib ki, F. Quliyevə qarşı aparılan qara piar təbliğatının təşkilatçılarını və icraçılarını hiddətlə qınayır, tanınmış ictimai-siyasi xadimə qarşı alçaqcasına hesablanmış düşmənçilik hərəkətlərinə son qoymağa çağırır. Bəyənata Hikmət İbrahimoğlu Kengerli, Natiq Ələsgərov, Etibar Rzayev, İlham Nəbiyev, Əlizadə Kənan, Əhmədov Bayram, Asif Vəliyev, Fərəc Yusifbəyli,Bayram Abbasov, Bünyad bəy, Əbil bəy, Şəhriyar bəy və.s imza atıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA