ilham Əliyev ADNA-nın yubiley mərasiminə qatılıb

img

23-11-2010 [01:54]


Bu gün Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə prezident İlham Əliyev də iştirak edib. Prezident əvvəlcə ümummilli lider Heydər Əliyev lektoriya zalı və ADNA-nın tarix muzeyi ilə tanış olub. Dövlət başçısı akademiyanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib. Daha sonra tədbirdə ADNA-nın rektoru Siyavuş Qarayev, Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru Viktor Martınov, Rumıniyanın Neft və Qaz Universitetinin rektoru Vlad Ulmanu və digər qonaqlar da çıxış ediblər. Qeyd edək ki, 1920-ci ildə Bakıda fəaliyyət göstərən texniki məktəbin əsasında Avropa və Asiyada neft-qaz və kimya sənayesi sahələrində ilk ali təhsilli mütəxəssis hazırlığına başlayan indiki ADNA 90 il ərzində dünyanın qabaqcıl ali texniki məktəbləri səviyyəsinədək inkişaf yolu keçib. Bu tədris ocağı hazırda 24 istiqamət üzrə bakalavr və magistr pillələrində mütəxəssis hazırlayır. Bu ilin fevralında Prezident İlham Əliyev ölkədə neft sənayesi ilə bağlı sahələrin mütəxəssislərlə təminatı istiqamətində xidmətlərini nəzərə alaraq, akademiyanın 90 illik yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA