Zəvvarların ilk qrupu Bakıya çatıb

img

23-11-2010 [12:36]


Həcc ziyarətini başa vuran zəvvarların birinci qrupu artıq bu gecə Bakıya qayıdıb. Geri dönən 207 zəvvar yaxınları tərəfindən Heydər Əliyev beynəlxalq hava limanında alqışlarla qarşılanıb. Ziyarətdən qayıdan qurupun rəhbəri Hacı Cəlil Şahbazov isə təyyarə reyslərinin gecikməsinə aydınlıq gətirib. Ounu sözlərinə görə, Həccdən qayıdanların sayının həddindən artıq çox olması Ciddə hava limanınıda izdihama səbəb olub ki, bu da reyslərə öz təsirini göstərib: ?Ciddə aeroportu böyükdür. Orada izdiham baş verib və ona görə də belə gecikmələrin olması təbiidir. Həm də Mədinə aeropotu təmirə dayanıb, ona görə belə şeylər baş verir?. Hacı Cəlilin sözlərinə görə, təyyarə ilə qayıdacaq digər zəvvar qruplarının da tezliklə Bakıya qayıtması gözlənilir. ?Üç qrup qalıb. O biri qrupların hər birində isə 210 nəfər olmaqla, onlar da bu gün və yaxın üç gün ərzində gələcəklər?. Qrup rəhbəri onu da əlavə edib ki, gecikmələrin olmasına baxmayaraq təyyarə ilə qayıdacaq zəvvarların noyabırn 25-dək vətənə qayıtması gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA