TürkPA-nın növbəti sessiyasına hazırlıq izləri görülür

img

22-11-2010 [01:29]


Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibliyi 2011-ci ilin martında qurumun Astanada keçiriləcək növbəti sessiyasına hazırlaşır. Bu barədə TürkPA-nın baş katibi Ramil Həsənov məlumat verib. R.Həsənov bildirib ki, TürkPA-nın Astana toplantısında təşkilatın sosial və hüquq, iqtisadiyyat, ticarət və enerji məsələləri, hüquq və beynəlxalq əməkdaşlıq üzrə üç daimi komitəsinin yaradılması, həmin komitə sədrləri, müavinləri və üzvlərinin seçilməsi, komitə katiblərinin təyinatı planlaşdırılır. Həmin sessiyada TürkPA-nın 2011-2012-ci illər üçün fəaliyyət proqramının, assambleyanın gerbi və digər atributları haqqında qərarların qəbulu da nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA