MSK parlament seçkilərilə əlaqədar yekun protokolu təsdiqləyib

img

22-11-2010 [12:49]


[b]Gülağa Aslanlı protokola imza atmayıb[/b] Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. İclasda 2010-cu il noyabrın 7-də keçirilmiş Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolunun MSK tərəfindən təsdiq edilməsi, seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolları və onlara əlavə edilən sənədlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması məsələsinə baxılıb. MSK üzvləri seçki ilə bağlı fikirlərini bildiriblər. Sonda noyabrın 7-də keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK tərəfindən seçkilərin ümumi yekunlarına dair protokolunun təsdiq edilməsi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolları və onlara əlavə edilən sənədlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul olunub. Qərarın əleyhinə 1 nəfər (Gülağa Aslanlı) səs verib, 1 nəfər isə (Akif Qurbanlı) bitərəf qalıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA