Ölkədə buludlu hava zəraiti üstünlük təzkil edəcək, bəzi yerlərdə yağız yağacaq

img

22-11-2010 [11:51]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, həftənin əvvəlində Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir duman olacağı, bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 12-15? isti, axşam 10-12? isti olacaq. Noyabrın 23-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında arabir açılacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-11? isti, gündüz 13-15? isti təşkil edəcək. Noyabrın 24-də hava əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-10? isti, gündüz 15-17? isti olacaq. Noyabrın 25-də də hava dəyişkən buludlu olsa da, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman müşahidə olunacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-11? isti, gündüz 16-19? isti təşkil edəcəck. Azərbaycanın rayonlarında sabah gecə və axşam saatlarında bəzi rayonlarda yağış yağacağı, gündüz isə dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-10? isti, gündüz 12-17? isti, dağlarda gecə 2-7? isti, gündüz 12-17? olacaq. Noyabrın 24-25-də gecə və səhər saatlarında duman, bəzi yerlərdə çiskin olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10? isti, gündüz 13-18? isti, dağlarda gecə 2-7? isti, gündüz 12-17? isti olacaq. Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA