Hüseyn Bağırov qiymətlərin artılmasını istəyir

img

20-11-2010 [02:04]


Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Xəzər dənizində nərəkimilərin ovlanmasına moratoriumun tətbiqinin Azərbaycanda bəzi balıq məhsullarının qiymətinin artmasına təsir edə biləcəyini bildrib. Bu barədə jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, qiymət artımını bütün balıq növlərinə şamil etmək olmaz. Konkret olaraq söhbətin nərəkimilərdən getdiyini dilə gətirən nazir bunun əhali tərəfindən etirazla qarşılanacağına inanmadığını deyib. Nazir moratoriumun tətbiqinin ölkədəki balıq emalı müəssisələrinin fəaliyyətinə də təsirsiz ötüşməyəcəyi barədə də danışıb: ?Bu məsələlər müzakirə olunub. Xəzəryanı dövlətlərin prezidentləri qərara gəldilər ki, Azərbaycanın da, Xəzəryanı başqa ölkələrin də iqtisadiyyatında bu, o qədər də böyük rol oynamır. Ona görə də Xəzər dənizinin bioresurslarının bərpası naminə müəyyən məhdudiyyətlərə getmək olar?. H.Bağırov moratoriumun tətbiqinin brakonyerliyə qarşı mübarizənin güclənməsində mühüm rol oynayacağını da bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA