Bakı-Sumqayıt yolunda 10 km-lik tıxac yaranıb

img

20-11-2010 [01:19]


Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti dayanıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Bakıdan Sumqayıt istiqamətində gedən yolda uzunluğu təxminən 10 km olan tıxac yaranıb. Belə ki, hazırda 20 yanvardakı tuneldən Xırdalan dairəsindəki tunelə qədər avtomobil karvanı dayanıb. Xırdalan dairəsindəki tunnelə giriş bağlandığı üçün o istiqamətə gedən avtomobillərin gedişi məhdudlaşıb. Bu səbəbdən də Xırdalandan 20 yanvara qədər tıxac yaranıb. Artıq 3-4 saatdır ki, ərazidəki tıxacı asmaq mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA