Erməni ordusunda qırğın; xeyli hərbçinin öldüyü bildirilir

img

20-11-2010 [01:08]


Dünən gecə saatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin cənub-qərbində, cəbhə bölgəsində yerləşmiş hərbi hissələrdən birində atışma olub. Separatçı Dağlıq Qarabağ respublikası "Müdafiə Nazirliyi"nin mətbuat katibi Senor Asratyan Ermənistanın ?Armenia Today? saytına açıqlamasında baş vermiş insident nəticəsində ölən və yaralananların olduğunu bildirsə də, onların sayı barədə məlumat verməyib. Senor Asratyan insidentin qoşunların təmas xəttində erməni hərbçiləri ilə azərbaycanlı hərbçilərin arasında baş verməsi barədə suala belə cavab verib: ?Hazırda insidentin baş vermə səbəbi araşdırılır. Bundan başqa, heç nə deyə bilmərəm?. Qondarma respublikanın "Müdafiə Ordusu"nun informasiya və təbliğat bölməsi isə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: "Noyabrın 19-u təqribən gecə yarısı, cəbhə xəttində, cənub istiqamətində yerləşmiş, müdafiə ordusu tərəfindən mühafizə olunan hərbi hissələrdən birində ölümlə nətivələnən fövqəladə hadisə baş verib. Ölən və yaralananlar var. Cinayət işi açılıb. istintaq gedir". Hadisənin təfərrüatı barədə heç bir açıqlama verilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA